Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran" tərəfi "Neftçi"ylə Premyer Liqanın 20-ci turu çərçivəsində keçiriləcək oyunun televiziya vasitəsilə canlı yayımlanmasının əleyhinədir. Daha doğrusu Cənub klubu Premyer Liqanın oyunlarını canlı yayımlayan "İdman Azərbaycan" kanalından bunun üçün pul tələb edir.
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu məsələylə öz münasibətini bildirib:
"Çox maraqlıdır, hamı "Böyük oyun" deyir. "Böyük oyun" isə yayımlanmayacaq. Əminəm ki, bu məsələdə "İdman Azərbaycan" kanalının zərrə qədər "günahı" olsaydı, indi mətbuat susmayacaqdı. Azarkeşlərimizi "Böyük oyun"suz qoymaq istəyən isə bu dəfə "Xəzər Lənkəran" tərəfidir. Açıq danışmaq lazımdır, əvvəlki illərdə klublar yayım üçün TV-yə xahiş minnət edirdilər. Hətta, yayım üçün tələb olunan texniki xərcləri belə klublar ödəyirdi. İndi PFL və TOPAZ yayım üçün hər şəraiti yaradıb. Pulsuz parasız. Bəs niyə mane oluruq? "Yayım üçün kluba pul ödənilməlidir" bəhanədən başqa bir şey deyil. İndi yadınıza düşdü? Dünənə qədər yayım üçün pulu ödəyən siz idiniz axı?! Mustafa hocadan soruşun zəhmət olmazsa, Türkiyədə başqa oyunu demirəm, "Beşiktaş" – "Konyaspor" oyunu yayımlanmasa ictimaiyyət nə reaksiya verərdi? Təsəvvür belə etmək çətindir".