Kateqoriyasız

“Səbail” “Şamaxı” ilə heç-heçə etdi, “Neftçi” “Sabah”a uduzdu

Bu gün futbol üzrə Misli Premyer Liqasında XI tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçirilib. Günün ilk görüşündə “Səbail” “Şamaxı”nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə sona çatıb – 0:0.

Turun mərkəzi görüşündə  “Neftçi” ilə “Sabah” üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə başa çatıb – 2:3.

Azərbaycan Premyer Liqası, XI tur
23 oktyabr (bazar)

16:00. “Səbail” – “Şamaxı” 0:0

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

“ASCO Arena”

18:30. “Neftçi” – “Sabah” 2:3

Qollar: Coy Lens Mikels, 36 (0:1), Emmanuel Apeh, 45+7 (0:2), Aleksey İsayev, 52 (0:3), Ömər Buludov. 71 (1:3), Emin Mahmudov, 83-pen. (2:3)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

“Bakcell Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Turan Tovuz”u 3, “Zirə” “Sumqayıt”ı 2 cavabsız qolla üstələyib. “Qəbələ” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43