Kateqoriyasız

“Sabah”ın ağlayaraq meydanı tərk edən futbolçusu xəstəxanaya aparıldı

“Neftçi” ilə matçda zədələnən “Sabah”ın futbolçusu Aleksey Kaşuk dərhal xəstəxanaya aparılıb.

İdmanxeber.az-ın məlumatına görə, ukraynalı yarımmüdafiəçinin zədəsi ciddi. Bu barədə “Sabah”ın baş məşqçisi Murad Musayev deyib. Ayağının sınma ehtimalı olduğu bildirilən Kaşukun son durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Kaşuk “Neftçi”yə qalib gəldikləri (3:2) matçın ikinci yarısında ciddi zədə alıb və göz yaşları içərisində meydanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43