Kateqoriyasız

“Neftçi”də ciddi itki

Premyer Liqanın 10-cu turu çərçivəsində bu gün səfərdə “Keşlə” ilə qarşılaşacaq “Neftçi” bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun qapıçısı Aqil Məmmədov zədələnib. O, məşqlərin birində sıradan çıxıb.

Məmmədovun azı iki həftə yaşıl meydanlardan kənar qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43