Premyer Liqa

“Neftçi”dən heç kim, “Xəzər Lənkəran” və “Qarabağ”dan 3 futbolçu

Topaz Premyer Liqasında 20-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı – Lakaş Sapela (Rəvan)

Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Bədavi Hüseynov (Qarabağ), İlqar Qurbanov (Qarabağ)

Yarımmüdafiəçilər – Reynaldo Silva (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo Silva (Qarabağ), Ağabala Ramazanov (Xəzər Lənkəran)

Hücumçular – Vaqif Cavadov (İnter), Franka Nildo (Xəzər Lənkəran)

Turun ən yaxşı oyunçusu “İnter”in hücumçusu Vaqif Cavadovdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43