“Neftçi”nin futbolçusu Aylton Silva yeni mövsümdən müqvailə ilə məxsus olduğu “Fluminense”yə qayıda bilər.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın braziliyalı futbolçusunun “Flumninense” ilə 2017-ci ilə kimi müqaviləsi var.
Paytaxt klubunda xoşbəxt olmayan Aylton vətəninə – müqaviləylə məxsus olduğu kluba geri qayıtmağı düşünür:
“Müqavilə ilə bağlı klub rəhbərliyi ilə danışmalıyam. “Neftçi”də çıxış etmək mənim üçün böyük təcrübə oldu. “Fluminense” də hazırda yaxşı heyət yığıb, yaxşı baş məşqçisi var. İmkan olsa, orada qalıb, klubuma kömək etmək istəyirəm”.
Qeyd edək ki, ötən ildən “Neftçi”də çıxış edən “sambaçı” Premyer Liqada 31 oyunda 3 qola imza atıb.

