Kateqoriyasız

“Neftçi”nin kapitanı yubiley qolunu vurdu

Misli Premyer Liqasının X turunun “Kəpəz”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2:0 hesablı qələbə qazanan bakılıların kapitanı səfər matçında hesabı açmaqla ikiqat yubileyi rəsmiləşdirib.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub.

Bu top Mahmudovun “Neftçi”də ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43