Kateqoriyasız

“Neftçi”nin rəqibi Bakıya 5 hücumçu ilə gəlir

“Rapid” komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer siyahıya 24 oyunçu daxil edib.

Onların 2-si qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 21. Bernhard Unger, 25. Paul Qartler

Müdafiəçilər: 4. Emanuel Ayvu, 6. Kevin Vimmer, 17. Kristofer Diban, 19. Mixael Sollbauer, 20. Maksimilian Hofmann, 22. Martin Kostselnik (Slovakiya), 23. Yonas Auer

Yarımmüdafiəçilər: 5. Roman Kerşbaum, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 14. Aleksa Peyiç (Serbiya), 16. Deyan Petroviç (Sloveniya), 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 42. Lion Şuster

Hücumçular: 9. Qvido Burqştaller, 18. Oliver Ştrunts, 38. Ferdi Dreyf (Niderland), 39. Rene Krivak, 41. Bernhard Zimmerman

“Neftçi” və “Rapid” arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-də Vyanada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43