“Xəzər Lənkəran”ın böyük ümidlərlə transfer etdiyi hücumçu Franko Nildonun AZAL-a qayıdacağı xəbərləri dolaşır.
Bunu aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, idmanxeber.com-a açıqlamasında xəbəri təkzib etdi.
“Xeyr, belə bir şey yoxdur. Bütün səlahiyyətlər Mustafa Dənizlinin əlindədir. Nildonun göndərilməsi gündəmdə deyil”.