Dünya futbolu

“O, Parisdə qalacaq” – Neymarın atası

PSJ-nın ulduz futbolçusu Neymarın atası Silva Santos oğlunun komandadan yarılacağı barədə çıxan iddialara aydınlıq gətirib. Gənc ulduzun sabiq meneceri Neymarın Parisdə qalacağını bildirib:

“Onun haqda daima gedəcəyi yazılır. Lakin Neymar müqaviləsinin sonuna qədər burada qalacaq. Hətta o, sözləşməsi bitdikdən sonra da PSJ ilə müqaviləsini uzada bilər”.

Son günlərdə Neymarın adı “Real” və “Barselona” klubları ilə çəkilir.

Braziliyalı futbolçu cari mövsümdə PSJ forması ilə çıxdığı 23 oyunda 20 qol vurub, 11 assist edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43