Kateqoriyasız

“Olimpiakos”un yeni transferi “Qarabağ”la oyunda meydana çıxa bilərmi?

“Olimpiakos” yeni transferi Aleksandros Pasxalakisi Avropa Liqası oyunları üçün sifariş edəcək.

İdmanxeber.az xəbər verir ki, 33 yaşlı qolkiper oktyabrın 6-da “Qarabağ”a qarşı keçirəcəkləri ev oyununda meydana çıxa bilər.

“Olimpiakos” yunan futbolçunu azad agent kimi heyətinə qatıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43