Premyer Liqanın 21-ci turunda "Xəzər Lənkəran" əzmkar oyun göstərərək "Qəbələ"ni səfərdə 3:2 hesabı ilə məğlub etdi. Cənub klubunda görüşün ən yaxşılarından biri də qapıçı Orxan Sadıqlı idi. Oyunun gedişatında bir neçə gözəl qurtarış edən qolkiper sən demə zədəli imiş. Belə ki, gənc çərçivə qoruyucusu oyuna iynə ilə çıxıb.
Qarşılaşmanın ikinci hissəsində Sadıqlı ayağında ağrılar hiss etsə də, matça davam edə bilib. Onun növbəti turda keçiriləcək "Baki" ilə oyunda da meydanda olacağı gözlənilir. Bu barədə əməkdaşımızla söhbətində klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.