İdman

PAOK-un legioneri: “Qarabağ” 2 il öncəkindən daha güclüdür”

"Qarabağ"la "Dnepr"də oynadığım vaxtdan tanışam. İki il öncə qrupda bu komandaya qarşı oynamışam. "Qarabağ"ın çox güclü rəqib olduğunu həmin vaxtdan bilirəm".

İdmanxeber.com xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan PAOK-un legioneri Leo Matos mətbuat konfransında bildirib.

Onun fikrincə, Azərbaycan çempionu 2 il öncəkindən daha güclür:

"Növbəti mərhələ uğrunda mübarizədə əsas rəqibimiz məhz "Qarabağ"dır. Rəqib nə qədər güclü olsa da biz də yaxşı kollektivə malikik. PAOK kompakt komandadır. Baş məşqçimiz bizə səhvlərimzi başa salmaqla yanaşı, lazımi tapşırıqlarını da verib".

Braziliyalı müdafiəçinin sözlərinə görə, sabahkı matç 1/16 finala vəsiqə baxımından həlledici olacaq:

"Bizim daha yaxşı şansımız var. Çexiyada "Slovan"a qalib gəlmişik, "Fiorentina" ilə isə evdə heç-heçə etmişik. Yeganə məğlubiyyətimizi "Qarabağ"dan almışıq. Bunu sabah qalib gəlməklə sığortalaya bilərik. 3 xal qazananağımıza inanıram. Buna nail olsaq, 7 xalımız olacaq və qrupun əsas favoritlərindən biri olacağıq. Bu zaman "Qarabağ”ı qabaqlayacağıq. Uduzacağımız halda isə rəqib bizdən 3 xal öndə olacaq və bu zaman işimiz çətinə düşəcək. Ona görə də məqsədimiz yalnız qələbə qazanmaqdır”.

Ev oyunu ilə bağlı çox nikbin olan Maros meydanda diqtə edən tərəf olacaqlarını söyləyib:

"Üstəlik, güclü azarkeş dəstəyinə çox güvənirik. İnanıram ki, matç günü stadionumuz dolu olacaq və rəqib səfərdə oynadığını hiss edəcək”. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43