Avroliqanın pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Partizan” ciddi itki ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, Serbiya klubunun futbolçusu Vladimir Volkov zədələnib.
28 yaşlı müdafiəçi “Radniçki” ilə ölkə çempionatı matçında xəsarət alıb.
Onun avqustun 21-də “Neftçi”yə qarşı oynayıb-oynamayacağı bilinmir.