Kateqoriyasız

Patrik Andradenin yeni klubu bilindi

“Qarabağ”dan ayrılan Patrik Andradenin yeni iş yeri məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, Kabo-verdeli yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək. O, bu ölkənin “Partizan” klubu ilə müqavilə imzalamağa yaxındı. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədi.

Qeyd edək ki, Andrade klubun ona təklif etdiyi yeni sözləşməyə imza atmayıb. 29 yaşlı futbolçu “Qarabağ”dan daha yüksək maaş tələb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43