Topaz Premyer Liqasının növbəti turu çərçivəsində, səfər meydanında “Simurq”la qarşılaşcaq “Sumqayıt” Futbol Klubu məşqlərə start verib.
Komanda bu gün keçirdiyi məşqdə Aqil Məmmədovun rəhbərliyi altında daha çox fiziki hazırlığın artırılması üzərində çalışıb. “Sumqayıt” tam heyətlə məşq edə bilmir. Belə ki, milli komandada olan Anar Nəzirov, Ruslan Qurbanov, U-21-in düşərgəsində yer alan Nurlan Novruzov, Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov və U-19-la Rusiyaya təlim-məşq toplanışına yollanan Ruslan Nəsirli və Orxan Əliyev komandanın hazırlığına nisbətən gec qoşulacaq. Zədəsini yenicə sağaltmış Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Bundan əlavə, “Sumqayıt” FK-nun əvəzedici komandası sentyabrın 8-də “Neftçala” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.