Dünya futbolu

Piter Krauç: “Prosineçki peşəkar deyildi, günə 40 ədəd siqaret çəkirdi”

İngiltərə millisinin sabiq üzvü, hazırda “Stok Siti”nin formasını geyinən Piter Krauç millimizin baş məşqçisi Robert Prosineçki haqda maraqlı fikirlər səsləndirib.

36 yaşlı ucaboy hücumçu 2001/02 mövsümündə “Portsmut”da birgə oynadığı Robert Prosineçkinin yaxşı futbol oynadığını, lakin siqaret aludəçisi olduğunu deyib:

“Robert Prosineçki nadir hallarda dünyaya gələn futbol ustalarından biri idi. Ancaq o, heç də peşəkar insan deyildi. Robertin ən böyük dərdi siqaret idi. O, gün ərzində 2 qutu, təxminən 40 ədəd siqaret çəkirdi. Əslində, siqaret çəkmək qadağan idi. Buna baxmayaraq, Prosineçki bütün futbolçulardan üstün olduğunu sübut edirdi”.

Karyerası ərzində “Real”, “Sevilya” və “Barselona” kimi komandalarda oynayan Prosineçki “Portsmut”un heyətində 33 oyun keçirib və 9 qol vurmağı bacarmışdı. Prosineçki 2006-ci ildə “Savski”nin heyətində futbolçu karyerasını başa vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43