Dünya futbolu

Podolskinin yeni klubu müəyyənləşdi

“Qalatasaray”ın alman futbolçusu Lukas Podolskinin yeni komandası bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, futbolçu Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edəcək.

Lukas Podolskiyə görə Yaponiya klubu “Qalatasaray”a 2,6 milyon avro ödəyib. Artıq tərəflər arasnda rəsmi müqavilə də imzalandığı bildirilir. Anlaşma mövsümün sonundan  etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, bu mövsüm İstanbul klubunun Çempionlar Liqasına düşməsi halında klubundan 200 min bonus alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43