13 İyul 2026
Ölkə futbolu

Portuqaliyalı Azərbaycanda xoşbəxtdir – Təklifləri var 

“Karvan-Yevlax”ın portuqaliyalı qapıçısı Pedro Mateuş Azərbaycanda komandasını dəyişə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, Yevlax təmsilçisi Premyer Liqada sonuncu pillədə olsa da, qapıçısının xidmətində bir neçə klub maraqlıdır.

Pedro özü də Azərbaycanda qalmağa müsbət yanaşır. Yayda klubu ilə müqaviləsi bitəcək qolkiper Premyer Liqadan gələn təklifləri dəyərləndirəcək.

30 yaşlı oyunçu cari mövsüm “Karvan-Yevlax”da 15 oyun keçirib və 28 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43