İdman

Premyer Liqa klubu dağıldı

Rusiyanın “Amkar” klubu fəaliyyətini dayandırıb.

İdmanxeber.com-un məlumatına görə, Perm təmsilçisinin dağılmasına səbəb maliyyə olub. Klub prezidenti bildirib ki, maliyyə problemlərinə görə komanda növbəti mövsümdə Premyer Liqada çıxış etməyəcək və 24 illik fəaliyyətini dayandıracaq.

Xatırladaq ki, bir müddət öncə Rusiya kubokunun son qalibi “Tosno” klubu da fəaliyyətini dayandırdığını açıqlamaşdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43