04 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu qapıçısı ilə anlaşdı

“Everton”un qapıçısı Cordan Pikford klubla müqaviləsini uzadıb.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə uzunmüddətli anlaşma bu həftə rəsmi açıqlanacaq.

2017-ci ildən “Everton”da çıxış edən Pikford bu mövsüm 7 oyunda meydana çıxıb və 7 qol buraxıb.

O, ümumilikdə klubun heyətində 326 matça çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43