İdman

Premyer Liqada maraqlı hadisə: Qapıçı topu öz qapısına vurdu (VİDEO)

Futbol üzrə Efiopiya Premyer Liqasında”Velvalo Adiqrat” – “Fasil Ketema” oyununda maraqlı hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, ev sahibi komandanın qapıçısı topu oyuna daxil edərkən topu səhvən öz qapısına vurub. Sonradan səhvini düzəltməyə çalışan qolkiperin bu cəhdi boşa çıxıb və hakim qolu qeydə alıb. Qapıçının bu kobud səhvi komandasının 0:1 hesabı ilə məğub olmasına səbəb olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43