Milli komanda

Prosineçkinin meneceri yalanladı: “2 milyonluq təzminat…”

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin türkiyəli meneceri Yaşar Çalışır “ajanspor.com”a maraqlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, xorvatiyalı mütəxəssislə əlaqədar xarici klublarla danışıqlar apardığını təsdiqləyib:

“İspaniyada önəmli bir klubla müzakirəmiz oldu. Ancaq indiyə kimi anlaşdığımız bir klub yoxdur. “Konyaspor”un adından keçmiş idarəçilərdən olduğu söylənilən biri maraqlanıb. Amma nə mən, nə də Prosineçki onunla görüşmüşük. “Bursaspor”la da sön vaxtlarda təmasımız olmayıb. Sadəcə, yanvarda Bakıya gəldilər. Amma AFFA Prosineçkini buraxmaq istəmədi”.

Yaşar Çalışır sonda Prosineçkinin yalnız yaxşı şərtlər əsasında Azərbaycandan ayrıla biləcəyini açıqlayıb:

“Ancaq bir gerçəkliyi deməliyəm. Onun müqaviləsində 2 milyonluq təzminatlıq maddə olması barədə deyilənlər doğru deyil. Hər müqavilənin özünə görə özəlliyi var. Prosineçki yaxşı münasibətlər çərçivəsində, qarşılıqlı anlaşıb oradan ayrıla bilər. Türk klubları istəsələr, onlarla danışıqlar apara bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43