Kateqoriyasız

“Qəbələ” məğlubiyyətdən qaça bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Ukrayna təmsilçisi “Vorskla” ilə görüşüb və 1:3 hesabı ilə uduzub.

Sənan Qurbanovun komandası iyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gəlmişdi.

Yoxlama oyunu 

11 iyul

12:00. “Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) – 1:3

Qol: Ülvi İsgəndərov, 41

Bolu. “Koru” otelinin meydançası

“Qəbələ”: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43