Premyer Liqa

“Qəbələ”dən darmadağın, Zirədə heç-heçə

Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Turun ilk oyunun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyunu Qəbələdə baş tutub. Burda şəhərin eyniadlı komandası paytaxtın “Səbail” klubunu qəbul edib. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra “Zirə” və “Sabah” üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
IV tur

“Qəbələ” – “Səbail” – 5:0
Qollar: Rövlan Muradovv, 64, Ülvi İsgəndərov, 83, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4
Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 17:00

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 30. Camal Araqo, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

“Zirə” – “Sabah” – 1:1
Qollar: Mohamed Hamdaui, 49 – Şpiro Periçiç, 83

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 19:15

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 64. Mahmud Ağayev
Baş məşqçi: Rəşad Sadıqov

“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 21. İldar Alekperov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 11. Kristian Sebalyos, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43