Kateqoriyasız

“Qəbələ”nin kapitanı 250-yə çatdı

Urfan Abbasov “Qəbələ”də 250-ci oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XVII turuna təsadüf edib. O, “Qarabağ”la səfər qarşılaşmasında (0:1) sonradan meydana çıxıb.

Urfan “Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçudur. O, 250 matçda 4 qola imza atıb. Müdafiəçi Premyer Liqada 204, Azərbaycan kubokunda 31, avrokuboklarda 15 dəfə şans qazanıb. Abbasovun bütün qolları çempionata təsadüf edib.

Futbolçu “Qəbələ”də 2011/12 mövsümündə debüt edib. O, 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev görüşündə (2:1) meydana çıxıb.

Qarabağ”la matç zədə üzündən əməliyyat olunduğu üçün uzun müddət meydanlardan kənar qalan müdafiəçinin Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk oyunu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43