Kateqoriyasız Ölkə futbolu

Musa Qurbanlı “Poqon”a mümkün transferi haqda: “Belə şeylərlə fikrimi yayındırmaq istəmirəm”

“Düzünü deyim ki, heç nədən xəbərim yoxdur. Mənə belə bir rəsmi təklif gəlməyib”

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Polşanın “Poqon” klubundan təklif aldığı yönündə çıxan iddialara münasibət bildirərkən deyib.

Millimizin də şərəfini qoruyan gənc hücumçu daha sonra belə davam edib:

“Əgər konkret hansısa klubdan təklif gəlsə, daha dəqiq nəsə demək olar. Klubla, məşqçilər heyəti ilə bu barədə danışılar. Ancaq hazırda rəsmi heç nə yoxdur. Ona görə də belə şeylərlə fikrimi yayındırmaq istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43