Dünya futbolu

“Qəbələ”nin legioneri: “Ümid edirəm ki, geri dönəcəyəm”

“Qəbələ”nin yarımmüdafiəçisi Sabien Liay ölkəsinin mətbuatınsa mühabiə verib. Albaniyalı futbolçu “Qəbələ”nin ilk dövrədəki çıxışından danışıb:

“Çempionata istədiyimiz kimi başlamadıq. Bu da başa düşülən idi. Yeni baş məşqçi və oyunçular var idi komandada. Ancaq zaman keçdikcə daha yaxşı olduq. Və düşünürəm ki, mövsümün ikinci yarısı bizim üçün daha da yaxşı keçəcək.  Təəssüf ki, komandamda hələ də qol vura biməmişəm. Bunun daha çox müdafiədə oynadığım üçün olduğunu düşünürəm.

S.Liay Albaniya çempionatını izləyib-izləməməsindən və gələcək karyerasından danışıb:

“Düzü, Albaniya çempionatı izləməyə vaxt tapa bilmirəm. Yalnız istirahət üçün ölkəyə gəldiyim zaman “Kamza” ilə “Skenderbeu” arasındakı qarşılaşmanın bir hissəsinə baxdım. “Skenderbeu” 0:1 hesabı ilə məğlub oldu. Ancaq nə vaxtsa  “Skenderbeu”ya geri dönmək istəyərəm. Ora mənim ailəm, evim, doğulduğum şəhərdir. Böyük məmnuniyyətlə yenidən ora qayıdardım. Ümid edirəm ki, geri dönəcəyəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43