Dünya futbolu

Qapıçıya hücum edən azarkeşə 40 il cəza

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən PSV – “Sevilya” matçında baş verən insidentə hüququ qiymət verilib.

İdmanxeber.az-ın məlumatına görə, Niderlandda keçirilmiş oyunda yerli tərəfdarlardan biri meydana daxil olaraq İspaniya klubunun qapıçısı Marko Dmitroviçə hücum edib. O, yumruqla serbiyalı qapıçıya zərbə vurmuşdu.

PSV klubu bir müddətdir davam edən araşdırmadan sonra həmin azarkeşin cəzasını açıqlayıb. Niderland təmsilçisi meydana daxil olan tərəfdarın 40 il stadiona girə bilməcəyini açıqlayıb.

Onun 2 il müddətində PSV-nin stadionunun ətrafına belə gələ bilməyəcəyi də vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43