Dünya futbolu

“Tottenhem” Keyni satmaq qərarına gəldi – 100 milyona

“Mançester Yunayted” “Tottenhem”in aparıcı üzvü Harri Keyni heyətinə qatmağı düşünür.

İdmanxeber.az “Times” qəzetinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” təcrübəli forvardın xidmətində maraqlıdı. “Tottenhem” hücumçunun transferindən 100 milyon funt sterlinq qazanmaq niyyətindədi. Klub onu məhz bu məbləğ qarşılığında satacağını bildirib.

Qeyd edək ki, Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ildə başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43