Premyer Liqa

“Qarabağ” AZAL-ı, “Qəbələ” “Kəpəz”i məğlub etdi (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq. 

Günün erkən matçında "Neftçi" "Sumqayıt"ı qonaq edəcək.

Avrokuboklardakı təmsilçimiz "Qəbələ" və "Qarabağ" müvafiq olaraq "Kəpəz" və AZAL-la qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq.

23 avqust

Azərbaycan Premyer Liqası, 3-cü tur

21:00. “Qəbələ” – “Kəpəz” – 1:0 
Qol: 
Ermin Zec, 6 (1:0)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Paşayev Ömər, Əhmədov Ramil
Qəbələ şəhər stadionu

21:00. AZAL – “Qarabağ” – 0:2 
Qollar: 
Mahir Mədətov, 44 (0:1), Dani Kintana, 65 (0:2)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
“Dalğa Arena”


18:15. “Neftçi” – “Sumqayıt” – 2:1
Qollar: 
Araz Abdullayev, 51 (1:0), Rəhman Hacıyev, 53 (2:0), Nuran Qurbanov, 77 (2:1) 
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Həsənov Rəhim
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43