İdman

“Qarabağ” bir gündə iki matça çıxdı: Heç-heçə və məğlubiyyət

Bu gün “Qarabağ” Antalyada davam edən qış təlim-məşq toplanışı zamanı iki yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam komandası ilk olaraq Makedoniyanın “Şkupi” komandasıyla qarşılaşıb. Qarşılaşma 0:0 hesabıyla başa çatıb. Komandamız oyuna bu heyətlə çıxıb.

“Qarabağ”: Anton Kanobilotski, Əsgər Hüseynov, Elvin Yunuszadə, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Qara Qarayev, Coşqun Diniyev, Dani Kintana, Ağabala Ramazanov, Ramil Şeydayev, Tarik Elyunussi

Təmsilçimiz ikinci yoxlama oyununda isə Ukraynanın “Mariupol” klubuyla qarşılaşıb. Matçın 18-ci dəqiqəsində Riçard Almeyda penalti zərbəsini rəqib qolkiper dəf edib. İlk hissədə hesab açılmayıb. 58-ci dəqiqədə Əfran İsmayılovun küncdən zərbə zamanı ötürməsini Miçel başla tamamlayaraq hesabı açıb. 61-ci dəqiqədə isə rəqib penalti zərbəsindən hesabı bərabərləşdirib. 72-ci dəqiqəsində isə rəqibimiz topu öz qapısına göndərib və komandamız hesabı 2:1 edib. 1 dəqiqə sonra isə ukranlar hesabı bərabərləşdirib. Son dəqiqədə isə rəqib daha bir qol vuraraq hesabda önə keçib. Qarşılaşma 3:2 hesabıyla “Mariupol”un qələbəsiylə başa çatıb.

 

“Qarabağ”: İbrahim Şehiç, Yakub Jezniçak, Abbas Hüseynov, Maksim Medvedev, Donald Gerrye, Riçard Almeyda, Rahid Əmirquliyev, Miçel, Mahir Mədətov, Əfran İsmayılov, Pedro Enrike


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43