İdman

Qurban Qurbanov məğlubiyyət və heç-heçə haqda: “Son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Makedoniyanın “Şkupi” komandasıyla 0:0 hesablı heç-heçə edib, Ukraynanın “Mariupol” komandasına isə 2:3 hesabıyla məğlub olub. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunlar haqda fikirlərini bildirib:

“Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım. Əvvəlcədən də, meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki oyunda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçınılmazdır. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43