“Qarabağ”ın qış təlim-məşq toplanışında yoxlama oyunu çərçivəsində qarşılaşacağı rəqiblərdən biri bəlli olub.
Ağdam təmsilçisi Çexiyanın “Siqma” klubu ilə qarşılaşacaq.
Bu barədə Olomouts təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yanvarın 25-də keçiriləcək “Siqma” – “Qarabağ” görüşü saat 14:30-da start götürəcək.