UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunda “Qarabağ”ın rəqibi “Kopenhagen” Bakıya ciddi itkilərlə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Danimarka klubunun hücumçusu Andreas Kornelius, yarımmüdafiəçi Oliver Hoyer, Maqnus Mattsson və Jonatan Moalem bu görüşdə çıxış edə bilməyəcəklər. Buna səbəb futbolçuların zədəli olmasıdır.
Ağdam klubunda isə cəmi bir itki var. Zədəli Marko Yankoviç bu matçda Azərbaycan çempionuna kömək edə bilməyəcək.
Xatırladaq ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı yerli vaxtla saat 20:45-də başlanacaq.

