13 İyul 2026
Ölkə futbolu

“Qarabağ” qrupdan çıxa biləcək gücdə oldugunu göstərdi”

“Açığı, mən daha güclü “Molde” gözləyirdim. “Qarabağ” da dünən möhtəşəm idi. Bütün cəhətlərdə rəqibini üstələdi. Nəticədə də layiqli qələbə qazandı”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşçqi Zaur Həşimov “Qarabağ” – “Molde” görüşünü şərh edərkən deyib. O, Ağdam təmsilçisinin zamanla daha yaxşı olacağını vurğulayıb:

“Qarabağ” çox saylı epizodlar qaçırdı. Belə hallar bəzi oyunlarda baş verir. “Molde”nin qapıçısı da əla oynadı, bir çox epizodda komandanı xilas etdi. Bu mövsüm “Qarabağ” yalnız iki görüşdə belə aqressiv, dinamik oyun sərgiləyib. “Molde” ile matçda isə ən optimal heyyətlə meydanda idi. “Qarabağ” qrupdan çıxa biləcək gücdə oldugunu göstərdi. Oyunda hər hansı bir çatışmazlıq yox idi. Yalnız müdafiə xəttində zədəlilərin çox olması müəyyən narahatçılıq yaratdı.

“Molde” çox yaxşı formalaşmış komandadır. Sürətli və dinamik oyunçuları var. Texnikalı, qısa və orta məsafəli ötürmələrə üstünlük verirlər. Kifayət qədər gücü rəqibdir. Ancaq “Qarabağ” dünən möhtəşəm oynadı. Bundan sonra heç bir oyun asan keçməyəcək. Qrupun favoriti “Bayer”dir. İkincilik isə “Molde” və “Qarabağ” arasında bəlli olacaq. Amma indidən “Hakeni” də siyahıdan silmək tezdir”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43