İdman

“Qarabağ” Romada nə vaxt məşqə çıxır?

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını sabah “Roma”ya qarşı keçirəcək. İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu oyun günü də məşq edəcək.

Belə ki, Qurban Qurbanovun yetirmələri sabah “Aqua Aketosa” məşq meydançasında oyunun son hazırlığını keçəcək. Məşq prosesi Bakı vaxtı ilə saat 15:00–da start götürəcək.

Qeyd edək ki, “Roma” – “Qarabağ” qarşılaşması saat 23:45-də başlanacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43