İdman

Araz Abdullayevin komandası lider oldu

Kipr çempionatında 14-cü turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” öz meydanında “Nea Salamis”i qəbul edib. 

Araz 14-cü dəqiqədə Migel Palansanın əvəzinə meydana daxil olub. Matç Abdullayevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

90-cı dəqiqədə penaltidən vurulan qolla qələbə qazanan və xallarının sayını 30-a çatdıran “Anortosis” turnir cədvəlinin liderinə çevrilib. 

Qeyd edək ki, ikinci pillədə qərarlaşan 28 xallı AEK Larnaka Arazın komandasından 1 oyun az keçirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43