Kateqoriyasız

“Qarabağ” Şamaxıda ciddi itki ilə üzləşdi

Misli Premyer Liqasının XII turunda “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşır.

İdmanxeber.az-ın məlumata görə, hazırda davam edən oyunda Ağdam təmsilçisi ciddi itki ilə üzləşib. Görüşün 14-cü dəqiqəsində Filip Ozobiç zədələnərək qarşılaşmaya davam edə bilməyib. Onun yerinə isə meydana gənc futbolçu Nəriman Axundzadə daxil olub.

İlk hissəsi davam edən matçda qapılara qol vurulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43