İdman

“Qarabağ” – “Samtredia” matçına nə qədər bilet satılıb?

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına gpə, qarşılaşmanın keçiriləcəyi artıq Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında biletlər satışa çıxarılıb. Satışın ilk günündə 2500 bilet satılıb. Bilet satışı sabah saat 10:00-dan etibarən davam edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” görüşü 11 iyul tarixində saat 21:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43