Kateqoriyasız

“Qarabağ” Təl-Əvivdədir

Avropa Liqasının qrup mərhələsində “Makkabi” ilə qarşılaşacaq “Qarabağ” artıq Təl-Əvivdədir.

Ağdam təmsilçisi bu gün çarter reysi ilə İsralin paytaxtına yollanıb. Axşam saatlarında Qurban Qurbanovun komandasının oyunun keçiriləcəyi “Blumfild” stadionunda son məşqi nəzərdə tutulub.

Qeyd edək ki, sabah keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43