İdman

“Qarabağ” və “Qəbələ” qalib gəldi

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. 

“Qəbələ” öz meydanında AZAL-ı sınağa çəkib.  Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” isə “Zirə” ilə üz-üzə gəlib. Bu oyunda Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası

V tur

19 sentyabr (bazar ertəsi)

20:00 “Qarabağ” – “Zirə” – 2:0

Qollar:  Rahid Əmirquliyev, 20 (1:0), 37 (2:0)

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Rövşən Əhmədov

“Əlincə Arena”

18:00 “Qəbələ” – AZAL – 3:0

Qollar: Filip Ozobiç, 31, Ruslan Qurbanov, 55, Roman Hseynov, 65

Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43