Kateqoriyasız

“Neftçi” “Qarabağ”a uduzdu, “Zirə”dən qələbə – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib. Əvvəlcə “Keşlə” “Zirə”ni qəbul edib. Bu görüşdə Rəşad Sadıqovun yetirmələri daha dəqiq oynayaraq 3 xalı aktivinə yazan tərəf olub.

Turun mərkəzi qarşılaşmasında isə “Qarabağ” “Neftçi”nin qonağı olub. 3 qolun qeydə alındığı matçda Ağdam təmsilçisi qələbəyə sevinib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 15-ci tur

7 fevral

Keşlə – Zirə 0:1
Qol:
 Mohamed Hamdaui, 45.
Qırmızı vərəqə: İlkin Qırtımov, 39. (“Keşlə”)
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 16:00

Keşlə: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov
Baş məşqçi: Sənan Qurbanov

Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov

Neftçi – Qarabağ 1:2
Qol: M.Çəlik, 81 – K.Borges, 25; 62.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
8-ci km stadionu, 19:00

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Ttaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mərt Çəlik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borges, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

8 fevral

Sabah – Qəbələ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 17:00

Səbail – Sumqayıt
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 19:15


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43