Kateqoriyasız

“Qarabağ”da ciddi itki

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” doğma meydanda Şotlandiya “Aberdin”önə qalib gəldi – 1:0.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın 63-cu dəqiqəsində Ağdam klubunun aparıcı üzvü Patrik Andrade sarı vərəqə alaraq cəzalı duruma düşüb. O, bu mövsüm sözügedən turnirdə 3-cu sarı vərəqəsini alaraq limiti doldurub və Şotlandiyadakı cavab matçını buraxacaq.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü bir həftə sonra keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43