Ölkə futbolu

“Qarabağ”dan ayrıldı, “Sabah”a keçdi – rəsmi

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt klubu “Qarabağ”dan ayrılan Coşqun Diniyevi transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Futbolçu yeni komandasında 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Diniyev karyerası ərzində “İnter” (indiki “Keşlə”) və “Qarabağ” klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.

Xatırladaq ki, “Sabah” buna qədər “Qəbələ”dən Təmkin Xəlilzadə və “Neftçi”dən Rəşad Eyyubovun keçidini həll edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43