İdman

“Qarabağ”dan Mahir Mədətov transferi haqda rəsmi açıqlama:”Bu xəbər gündəmə oturub”

“Qarabağ”ın hücumçusu Mahir Mədətovun “Beşiktaş”a keçidi ilə bağlı yayılan məlumatlara klubdan aydınlıq gətirilib.

İdmanxeber.com-a açıqlama verən Ağdam təmsilçisinin icraçı-direktoru Əmrah Çəlikəl yayılan informasiyanı təkzib edib:

“Bu xəbər gündəmə oturub. Amma mən də sizin kimi mətbuatdan xəbər tutmuşam. Mahir Mədətova görə bizə rəsmi təklif göndərilməyib. Belə bir hal olsa, xəbər tutardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43