Ölkə futbolu

“Qarabağ”ın dərdinin üstünə daha bir dərd gəldi: “İnter”lə oyunu buraxa bilər

Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "İnter"lə qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun müdafiəçisi Bədavi Hüseynov bugün "Neftçi" ilə oyunda zədələnərək sıradan çıxıb. "Köhlən atlar"ın əsas futbolçularından sayılan Hüseynov matçın ikinci yarısında Qurban Qurbanovdan əvəzlənməsini istəyib. Məhz bundan sonra təcrübəli məşqçi müdafiəçini Admir Teli ilə əvəzləyib. 

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmamasına həkim müayinəsindən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, zədə üzündən Danilo Dias, Reynaldo, Çumbinyo kimi futbolçular "Qarabağ"a kömək edə bilmirlər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43