Kateqoriyasız

“Qarabağ”ın müdafiəsində problem var idi” – Endre Botka

“Ağıllı oynamaq və yaxşı nəticə qazanmalı idik.  “Slovan”a qarşı oynadığımız futbolu Bakıda  təkrarlamamalıydıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Endre Botka Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə ilə bitən oyundan sonra deyib.

O, Budapeştdəki cavab oyununda qalib gəlməli olduqlarını bildirib: “Təəssüf ki, hesabı qoruya bilmədik. Bütün komanda oyuna yaxşı köklənmişdik. Rəqib hücumda yaxşı olsa da, müdafiədə problemləri var idi. Cavab görüşündə bundan yararlanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik. Evdə daha yaxşı nəticə qazanmalıyıq. Çünki hava şəraiti daha əlverişli olacaq”.

Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43