İdman

“Qarabağ”ın oyununda Ermənistan bayrağı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində az sonra başlayacaq PAOK – "Qarabağ" matçından öncə xoşagəlməz hal baş verib.

İdmanxeber.com-un Salonikiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli fanatlardan biri tribunada Ermənistan bayrağı qaldırıb. Həmin tamaşaçı bayrağı bir qədər dalğalandırdıqdan sonra yenidən aşağı endirib.

"Qarabağ" klubunun rsmiləri PAOK tərəfinə kəskin etirazını bildirib və bayraq yığışdırılıb.

İki klubun razılığına əsasən azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43