Kateqoriyasız

“Qarabağ”ın potensial rəqibində baş məşqçi dəyişikliyi

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan “Legiya” baş məşqçisi Aleksandar Vukoviçlə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, Varşava klubunun rəhbərliyi həm ölkə çempionatındakı, həm də avrokuboklardakı uğursuz çıxışından sonra bu qərarı verib.

Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Legiya” 3-cü təsnifat mərhələsində “Drita”nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43